Mətbuat tariximizin yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynov əməliyyatdan sonra özünün yaxşı hiss etdiyini söyləyib. Azərbaycan jurnalistlərinin müəllimi Modern.az-a açıqlamsında səhhəti ilə bağlı heç bir problemin olmadığını vurğulayıb:
“Əməliyyatdan sonra özümü çox yaxşı hiss edirəm. Səhhətimdə də artıq problemlər yoxdur. Bunla bağlı məni əməliyyat edən həkimlərə, o cümlədən Ceyhun Topçubaşova da minnətdarlığımı bildirirəm” deyə 86 yaşlı korifey jurnalist əlavə edib.
Qeyd edək ki, Şirmməməd Hüseynov bu ilin əvvəlində Mərkəzi Klinik Xəsətəxanada əməliyyat olunmuşdu.
Aytən ƏLIYEVA