Modern.az

"ERMƏNİ KONYAKI", ERMƏNİ QADINI VƏ QARA KÜRÜ

"ERMƏNİ KONYAKI", ERMƏNİ QADINI VƏ QARA KÜRÜ

Страна

23 Oktyabr 2012, 08:44

Hazırda Azərbaycan jurnalistikasının problemləri çoxdur. Bunlar qəzetlərin tirajının azalmasından tutmuş reklamın və peşəkarlığın aşağı düşməsinədək bir sıra məsələləri əhatə edir. Ən böyük problemimiz isə, fikrimizcə, müstəqillik dövründə vətənpərvər jurnalistikanın hələ də tam formalaşmaması və jurnalistikada vətənpərvərliyin təbliğinin arzuedilən səviyyəyə qaldırılmamasıdır!

Dövlət müstəqilliyi qazandığımız və ərazimizin 20 faizi işğal edilərək müharibə vəziyyətində yaşadığımız indiki vaxtda bu, daha vacibdir. Azərbaycana düşmən qüvvələr var və onlar antiazərbaycançı şəbəkədə birləşərək dövlətimizə qarşı müxtəlif formada, məkrli planlar əsasında mübarizə aparırlar. Cənab İlham Əliyev Mətbuat Şurasında keçirilən görüşdə bu mövzuya toxunaraq dedi: "Xarici dairələrin sifarişi ilə, göstərişi ilə və onların planları əsasında  Azərbaycanda hansısa mövzu ətrafında rəy yaratmaq cəhdlərinə ümumiyyətlə son qoyulmalıdır. Burada mən, sadəcə olaraq, jurnalistləri vətənpərvərliyə çağırıram".

Bu gün vətənpərvər jurnalistikaya və jurnalistikada vətənpərvərliyə daha çox ehtiyac duyulur!

Bu gün jurnalistikada milli maraqların şəxsi mənafelərdən yüksək tutulmasına ciddi zərurət yaranıb!

Bu gün əli qələmli hər bir azərbaycanlı jurnalistin müstəqil Azərbaycanın vətəndaşı kimi davranmasının əhəmiyyəti daha da artıb!

Çünki informasiya müharibəsi artıq Azərbaycan məkanına keçirilib!

Çünki Azərbaycan təkcə dünya erməniliyinin yox, həm də müxtəlif məkrli maraqlarla bir yerə toplaşan antiazərbaycançı şəbəkənin hədəfindədir.

Əvvəlcə dünya erməniliyi barədə.

Erməni milləti həmişə Azərbaycana və türk dünyasına qarşı müxtəlif mənfur niyyətli dövlətlərin əlində alətə çevrilib. Bu alət-millət himayədarlarının köməyi ilə zorla Azərbaycan torpaqlarında yerləşdirilərək öz dövlətini yarada bilib. Tarixdə heç bir kökü və təsdiqi olmayan "erməni soyqırımı" iddiası ilə hələ də qardaş Türkiyədən təzminat və ərazi iddiasındadır. Azərbaycanın işğal etdiyi torpaqlarını isə Ermənistana birləşdirmək niyyətindədir. Bədnam "erməni soyqırımı" ideyasının yüz illiyinə ciddi hazırlıq görürlər. Bütün qüvvələrini ideoloji işə, dünya mətbuatında Azərbaycan əleyhinə yönələn müxtəlif təyinatlı saxta materialların yerləşdirilməsinə və satqın siyasətçilərin ələ alınmasına səfərbər ediblər.

Dünya erməniliyinin "ələ alma" metodlarından biri "erməni konyakı" idi. Hələ sovet dövründə ermənilər ittfaq daxilində "erməni konyakı"nın reklamını ustalıqla quraraq onu dünya miqyasında belə məşhurlaşdıra bilmişdilər. Ermənilər iş aşırmaqda, lazımi sənədləri imzalatdırmaqda, mövqelərini müdafiə etdirməkdə "erməni konyakı"ndan rüşvət kimi istifadə edirdilər.

"Erməni konyakı" ermənilərin "dayısı" idi!

"Erməni konyakı" ermənilərin söz kəsəri idi!

"Erməni konyakı" ermənilərin özünütəsdiq vasitəsi idi!

"Erməni konyakı" ermənilərin milli qüruru idi!

Amma artıq erməni milləti milli qürursuz qalıb!

Strateji obyektlərini Rusiyaya, "erməni konyakı"nı isə Fransaya satıblar!

Daha özləri istehsal edə bilmirlər!

Dünya erməniliyinin ikinci silahı erməni qadınlarıdır!

İşvəli, nazlı və məkrli erməni qadını!

Millətinin maraqlarını "namusu" bahasına yeridən erməni qadını!

Dünya erməniliyinin "qadınla iş" siyasəti qədimdən mövcuddur. Lobbi quruculuğuna və diaspor fəaliyyətinə böyük "töhfələr" bəxş edən bu amildən müxtəlif mərhələlərdə müxtəlif şəkildə istifadə edilir. Məsələn, təhsil prosesində erməni qızları (xüsusən Rusiyada və Qərb ölkələrində) vəzifəli insanların, siyasətçilərin oğlanlarını göz altına alır, "eşq-məhəbbət üsulları" ilə ələ keçirir, onlarla ailə qururlar. Sonra erməni diasporunun köməyi ilə "qaynatalarına" lazımi təsiri göstərirlər.

Erməni qadınlarının böyük "katibə işi" təcrübəsi var (Vaxtında bunu bizimkilər də görüb). Diasporun dəstəyi və nəzarəti ilə onlar söz və səlahiyyət sahiblərinin "qəbul otaqları"nda yerləşdirilir. Çox keçmədən "könlünü ələ alma", "vasitəçilik etmə", "tora salma" (qapalı santaj) yolu ilə lazımi sənədlərin imzalanmasına və qərarların qəbuluna nail olurlar.

Müxtəlif siyasətçiləri erməni "qadın xidmətləri" ilə ələ keçirmək, yaxud kompromat yaradaraq hədə-qorxu gəlmək, təsir altına salmaq da təzə məsələ deyil!

Bu günədək heç bir erməni mətbuatında "erməni konyakı" ilə görülən işlər və erməni qadınlarının gördüyü işlər barədə bir kəlmə də yazılmayıb!

Çünki bunlar "millətə xidmət" kimi qiymətləndirilib! 

Mətbuat Şurasındakı görüş zamanı Prezident İlham Əliyev maraqlı bir məqama da toxundu: "Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir. Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında müzakirələr aparmaq, elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu yalanı xaricə ötürmək və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq - bütün bunları biz bilirik. Mən hesab edirəm ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir".

Təəssüf ki, hələ də getməyib!

Çünki ondan bəhrələnən siyasətbazlar var!

Çünki ondan qazanan adı jurnalist olanlar var!

Hitler faşizmi təkcə müharibə, dağıntı və ölüm deyildi!

Faşizm həm də ideologiya (bəzi yerlərdə hələ də yaşadılır) idi!

Öz əməllərinə bəraət qazandırmağa çalışan faşist ideoloqları müxtəlif metodlar işləyib hazırlayır, sınaqdan uğurla keçirdiklərini tətbiq edirdilər. Hitlerin ən qatı tərəfdarı və ideoloqu Göbbels idi. Sirr deyil ki, "qara mətbuat" bu gün də onun fikirlərindən yetərincə bəhrələnir: "Bir yalanı yüz dəfə söyləsən, sonda onu həqiqət kimi qəbul edəcəklər".

"Mənə vicdansız bir mətbuat ver, sənə şüursuz bir xalq yaradım" - bu fikir də Göbbelsə məxsusdur. Harada sınaqdan keçirdiyini deyə bilmərik. Heç "şüursuz xalq" yaradılması ideyasının mümkünlüyünə də inanmırıq! Amma "vicdansız mətbuatın" mövcudluğu göz qabağındadır!

"Qara kürü diplomatiyası" uzun müddətdir dövriyyəyə buraxılmış piardır. Kimlər tərəfindən, hansı məqsədlərlə yaradılıb, zaman-zaman niyə gündəmə gətirilir - bütün bunları siyasətlə məşğul olanlar yaxşı bilirlər.

Əsas məqsəd Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlara və beynəlxalq nüfuzuna kölgə salmaq cəhdi, lobbi quruculuğuna mane olmaq və diasporlarımızın fəaliyyətini əngəlləmək niyyəti, bizimlə əməkdaşlıq etmək istəyən əcnəbi siyasətçiləri şantaj yolu ilə qorxudaraq çəkindirmək fikridir! Çünki artıq dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərini dərk və qəbul edən, onun ədalətli mübarizəsinə tərəfdar çıxan çoxsaylı siyasətçilər vardır. Bütün bunlar antiazərbaycançı şəbəkəni təşvişə salaraq qorxudur. Onlar beynəlxalq sahədəki uğurlarımızın qarşısını almaqdan ötrü müxtəlif oyunlar çıxarır, hətta  sapı özümüzdən olan baltaların xidmətindən də istifadə edirlər.

Bütün bunlar hamının yaxşı dərk etdiyi məsələlərdir.

Amma gəlin əksini götürək.

Lobbi quruculuğu və diaspor  fəaliyyəti dünyanın hər yerində mövcuddur. Lap tutaq ki, hansısa millət vəkili deputat həmkarına bir qutu qara kürü pay verib (Bu həm də azərbaycanlı mentalitetidir). Lap həmin deputatla dostluq edərək Azərbaycanla bağlı hansısa məsələdə dəstək durmasını xahiş edib. Nəyi pisdir?!

Əvvəla, hər bir azərbaycanlı siyasətçi, diplomat, millət vəkili və xalqının təmsilçisi bunu ona görə edir ki:

Azərbaycanın 20 faiz torpağı hələ də Ermənistanın işğalı altındadır!

Bir milyondan çox qaçqın və məcburi köçkün hələ də doğma obasına qayıtmayıb!

Beynəlxalq qurum və təşkilatlar hələ də Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə lazımi qətiyyət və prinsipiallıq göstərmirlər!

Xocalı soyqırımının dünya parlamentləri tərəfindən tanınması və qəbulu prosesi gedir.

İkincisi, bütün bunlar Azərbaycan xalqının milli maraqlarına daxildir.

İndi özünüz müəyyənləşdirin:

Öz millətinə və xalqına erməni qadını daha çox fayda verir, yoxsa Azərbaycandakı "vicdansız mətbuat"?!

 

Bəxtiyar SADIQOV

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı