Modern.az

Bakıda "at kişnədən", "xoruz banladan" avtomobil sürücüləri...

Bakıda "at kişnədən", "xoruz banladan" avtomobil sürücüləri...

Страна

21 İyun 2010, 15:26

Yol polisi onlarla niyə bacara bilmir? Metronun “Gənclik” stansiyasının yaxınlığındakı çoxmərtəbəli yaşayış binasının sakini Elmira Bəşirova deyir ki, son vaxtlar gecəyarı it ulaşması, at kişnərtisi onların küçəsini başına götürür: “İlk dəvə həmin səsləri eşidəndə, doğrusu elə bildim küçədə heyvanlar var. Amma, həm də çox təəcübləndim ki, axı Atatürk prospektinə bu heyvanlar haradan gələ bilər. Cəld eyvana çıxıdm. Sən demə eşitdiyim küçədə dayanan bahalı maşınların siqnalları imiş. İmkanlı adamların cavan uşaqlarıdı, hər gecə yuxumuza haram qatırlar. Səhərə qədər küçələrdən heyvan səsləri, xoruz banlaması çəkilmir. Hələ qorxulu silahların səsini demirəm. Elə bil gecəyarı küçədə atışma gedir. Düzünü deyim ki, avtomat, tapança səslərini çıxaran siqnalları da ilk dəfə eşidəndə, elə bilmişdim küçədə atışma-filan var, hətta qorxmuşdum da…”. Bakıdakı bahalı avtomobillərin qadağan olunmuş çoxavazlı (heyvan, quş, silah səsli) siqnallardan narahat olan təkcə Elmira Bəşirova deyil. Müşahidələr göstərir ki, son zamanlar belə siqnallardan istifadə halları xeyli çoxalıb. Belə siqnallar insanların istirahət hüququnu pozur, onların səhhətinə, psixoloji durumuna mənfi təsir göstərir.

Maraqlıdır, o maşınlar kimindir, həmin avtomobillərin sahibləri barədə niyə ölçü götürülmür?  

Modern.az bu və ya digər suallara cavab almaq üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. K.Əliyev saytımıza bildirib ki, yol polisi yüksək avazlı siqnallarla bağlı reydləri həmişə davam etdirir. O, reydlar zamanı saxlanılan avtomobillərdən həmin səs siqnallarının açıldığını və sürüclərin inzibati məsuliyyətə cəlb edildiyini deyib: “Ümumiyyətlə, bütün rayonlarda bu kimi tədbirlər aparılır. Qadağan olunmuş çoxavazlı səs siqnallarından istifadə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 155.2 maddəsinə müvafiq olaraq sürücünü 20 manatdan 30 manata qədər məbləğdə cərimə gösləyir. Bir məsələni də qeyd edim ki, bu siqnallar yerində çıxarılmadıqda həmin nəqliyyat vasitələri yol hərəkətindən kənarlaşdırılır və müvəqqəti duracağa aparılır. Bu siqnallar çıxarıldıqdan sonra nəqliyyat vasitəsi həmin duracqdan buraxılır”.

Həmin səs siqnallarının haradan gətirilməsinə gəlincə , Kamran Əliyev konkret ölkə adı çəkməyib: “Xarici dövlətlərdə istehsal olunan siqnallardı, çox güman ki oradan gətirirlər. Elə siqnallar var ki, avtoxuliqanlar Azərbaycanda özləri düzəltdirir, səsində müəyyən dəyişiklik edirlər”.

Görəsən qadağan olunmuş xarici siqnallar Azərbaycana sərhəddən necə keçirilir? K.Əliyev bu suala cavab verə bilməyəcəyini deyib.

 

Ötən il 4 minə yaxın avtomobildən çoxavazlı səs siqnalı müsadirə olunub. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qeyd olunan qanun pozuntusuna görə, dəfələrlə inzibati məsulliyyətə cəlb olunan sürücülər var ki, onlara qarşı tətbiq olunan cəza tədbirləri effektli nəticə vermir. Yəni bu adamlar ya 20-30 manatlıq cəriməni özləri üçün qəpik-quruş sayır, ya da hansısa vəzifəli himayədarı hesabına yol polisinin əmrlərinə tabe olmurlar. Adının çəkilməməsini istəyən yol polisi Modern.az-a bildirib ki, bəzən çoxavazlı səs siqnalı quraşdırılan avtomobilləri saxlamaq, onlardan həmin siqnalları açmaq, ya da cərimə meydançasına aparmaq olmur: “Çünki arxaları möhkəmdir, elə hal olur ki, onlar qəsdən bizim yanımızdan ötüb-keçəndə də həmin siqnalı işə salırlar. Qalırıq içimizdən qırıla-qırala. Nə saxlaya bilirik, nə də cərimələyə bilirik”. 

Baş Dövlət Yol Polisi İdarəsində hesab edirlər ki, müvafiq qurumlar həmin siqnalların ölkəyə keçirilməsi ilə ciddi mübarizə aparmalıdır. Çünki yol polisi bir yandan avtomobillərdə olan qadağan olunmuş siqnalları müsadirə edirsə, o biri yandan həmin siqnallar müxtəlif yollarla ölkəyə gətirilir. Necə deyərlər, dəyirman öz işindədi, çax-çax isə baş ağrıdır.

Təhminə Paşayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı