Modern.az

AXCP-Müsavat seçkinin nəticələrini tanımadığını bəyan etdi

AXCP-Müsavat seçkinin nəticələrini tanımadığını bəyan etdi

Страна

8 Noyabr 2010, 13:22

Müsavat başqanı İsa Qəmbər: “Seçkinin nəticələri ləğv edilməlidir”

Bu gün AXCP-Musavat blokunun liderləri Əli Kərimli və İsa Qəmbər Müsavat Partiyasının qərargahında parlament seçkilərinin nəticələrinə dir mətbuat konfransı keçirib

Mətbuat konfransında çıxış edən İsa Qəmbər bildirib ki, AXCP –Müsavat bloku seçkinin nəticələrini tanımır. İsa Qəmbər çıxışında deyib ki, 7 noyabrda baş verənlərin seçki ilə yaxınlığı yoxdur.
"Müşahidəçilərimizin həbs edilməsi, təqib edilməsi qanun pozuntularının nə dərəcədə olduğunu göstərdi. Bizim ümumi rəyimiz ondan ibarətdir ki, bu seçkilər azad və demokratik seçkilər deyil”.
İsa Qəmbər seçkinin nəticələrinin ləğv olunmasını tələb edib.

Əli Kərimli isə, dünənki seçkilərin ötən seçkilərdən heç bir fərqinin olmadığını deyib. O, əlavə edib ki, ölkədə seçki gözdən düşüb.
 "Mənim namizəd olduğum dairədə hökumətin özünə uyğun namizədinin seçilməsi üçün "karusel əməliyyatları"ndan istifadə ediblər".
Əli Kərimli bəyan edib ki, 19 məntəqədə o, qalib gəlib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı