
Azərbaycanda ilk dəfə qoyulan sifilis diaqnozu ilə qeydə alınan xəstələrin sayı ötən il 546 nəfər olub.
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, bunlardan 340 nəfəri kişi, 206 nəfəri isə qadındır.
Ötən il qeydiyyatdan çıxarılan sifilis xəstələrinin sayı 340 nəfər olub. Bunlardan 223 nəfəri kişi, 117 nəfəri qadındır.
Ümumilikdə müalicə-profilaktika müəssisələrində sifilis diaqnozu ilə qeydiyyatda olan sifilis xəstələrinin sayı ötən il 1024 nəfərə çatıb. Bunlardan 639 nəfəri kişi, 385 nəfəri isə qadındır.
Statistika Komitəsindən verilən digər məlumata görə, 2014-cü ildə bu xəstəlikdən dünyasını dəyişən olmayıb.
Aytən ZƏHRA