Modern.az

Ermənistanda Rusiyanın yeni hərbi bazaları yaradılır

Ermənistanda Rusiyanın yeni hərbi bazaları yaradılır

Təhsil

10 İyun 2013, 12:59

Modern.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan yerli mətbuata müsahibəsində ölkə ərazisində Rusiyanın yeni hərbi bazalar açacağını bildirib. O, Gümrüdəki 102-ci hərbi bazadan əlavə, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Aviasiya Bazasının yaradılacağını bildirib. Bundan əlavə, KTMT-nın birləşmiş qüvvələrinin Zaqafqaziya birləşməsi və operativ-taktiki qüvvələrin yerləşdirilməsi ilə bağlı müzakirə aparılır.
“Rusiya ilə hərbi sahədə münasibətlərin möhkəmləndirilməsi siyasətimizdə əsas prioritetlərdəndir”, – deyə Artur Baqdasaryan əlavə edib

 

Vüqar İsmayılov   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı