Modern.az

"Kinomuzda təsadüfi məşhurlar” - Limonad satıcısı Vaqif Səmədoğlu

"Kinomuzda təsadüfi məşhurlar” - Limonad satıcısı Vaqif Səmədoğlu

Təhsil

8 May 2014, 10:44

Modern.az saytı “Kinomuzun təsadüfi məşhurları” rubrikasında növbəti qəhrəman xalq şairi Vaqif Səmədoğludur. Söhbətin hansı ekran əsərlərindən getdiyini yəqin ki, anladınız: 1991-ci ildə ekranlaşdırılan “Bəxt üzüyü bədii filmi. Şair ssenarist kimi çəkilişlərə nəzarət etməklə yanaşı, həm də epizodik limonad satıçısı rolunda da çəkilib.

Düzdür, bəzi mənbələrdə deyilir ki, guya limonad satacaq adam gəlmədiyindən V.Səmədoğlu özü bu missiyanı həyata keçirmək istəyir. Filmin çoxsaylı çəkiliş qrupundan, texniki heyətdən  hər hansı bir nəfərin bu işi asanlıqla görə biləcəyini nəzərə alaraq şairin kimisə məcburiyyətdən əvəz etmə versiyası aradan qalxır. Sadəcə unikal insan olan Vaqif Səmədoğlu özü öz istəyinə uyğun hərəkət edir.
İkincisi məsələ də burada limonad satan obrazının simvolik olmasıdır. Yəni, susuzluqdan yanan, yayın istisindən təntiyən insanlara (polisə gedən qonşulara) təklif olunan su burada simvolik  anlamdadır.

1991-ci ilin azərbaycanlısına həqiqətən su lazım idi. Onları gələcəyə bağlayan, həyata inamını artıracaq su. Bu suyu da təbi iki, ziyalı öz həmvətənlərinə sata bilərdi. Fikir vermisinizmi  orada  polis nəfəri rolunda çıxış edən Arif Quliyev suyu içəndən sonra yumşalır, sifətindəki “zəhrimar” yox olur və yerdə uzanan qonşulara “susamısız?” deyə xitab edir.

Filmin rejissoru Ramiz Əzizbəyli həmin səhnənin təbii alınması üçün aktyorlara su içməmək tapşırığını verir. Yayın istisində də o çətinliyi görən aktyor susamaq səhnəsini çox gözəl oynayırlar.  Vaqif Səmədoğlunun da məhz, bu epizodda bir neçə saniyəlik kadrda görünməsi elə-belə məsələ deyil. Bu zaman yerlə  susuzluqdan (yəni, mərhumiyyətlərdən, qarmaqarışıqlardan, istiladan) yerlə sürünən xalqın yanında məhz ziyalı olmalı idi.



Xalq şairinin çəkildiyi ikinci ekran əsəri isə “Yaşıl eynəkli adam ” televiziya tamaşasıdır. Teletamaşa iki dəfə - 1987 və 1999-cu illərdə ekranlaşdırılıb. Hər ikisinə də ssenarini V.Səmədoğlunun özü yazıb. Daha doğrusu teletamaşa onun eyniadlı pyesi əsasında çəkilib. Burada da şair öz qeyri-adi xarakterinin əksinə hərəkət etmir. Teletamaşanın sonunda fotoqraf kimi iştirakçıların kollektiv şəklini çəkir. Burada da simvolizm var. Şairin canlandırdığı obraz burada da çox vacib missiyanı yerinə yetirir. Bir-birindən ayrı düşüb Qafar (əsərdəki əsas qəhrəman, Hacı İsmayılov canlandırır) demiş, küçədə görəndə də qohumlarını tanımayan adamlar uzun müddətdən sonra bir araya gəlir. Bu arıq məqsəddir.

Dramaturji missiya bu kollektivin birləşməsi nəticəsində tamamlanır. Bu tamamlamanı da fotoqraf – Vaqif Səmədoğlu yaddaşa köçürür. Əslində fotoqraflıq  şairinin əzəl şakəri olub. Ta uşaqlıqdan Bakının bütün dəlilərinin və fahişələrinin şəkillərini çəkən V. Səmədoğlu burada həm də öz hobbisini həyata keçirmiş olur.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı