Ukrayna prezidenti Viktor Yuşşenko baş nazir Yuliya Timoşenkonu ittiham edir. Bu gün Kiyev yaxınlığındakı Vasilkovo taktiki aviasiya briqadasına baş çəkən prezident Timoşenkonu milli ordunu məhv etməkdə ittiham edib. “Ria-novosti” agentliyinin xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir. “Baş nazir Yuliya Timoşenkonun Ukrayna ordusuna münasibətdə təklif etdiyi siyasəti milli ordunun məhv edilməsinə yönələn siyasət kimi qiymətləndirmək olar”-,deyə Yuşşenko bəyan edib.
O qeyd edib ki, 2009-cu ilin hərbi büdcəsinə 30 faiz əməl olunmayıb. Silahlı qüvvələrin maliyyələşdirilməsi isə ümumdaxili istehsalın cəmi 1 faizini təşkil edir.
Prezident bəyan edib ki, Nazirlər Kabinetinin bu cür siyasəti Ukraynanın milli maraqları əleyhinə yönəlib.