Yüksək nəticə göstərən abituriyentlərin Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına marağı böyükdür.
Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə “Abituriyent 12” jurnalında qeyd olunub.
Jurnalda eyni zamanda universitetlər üzrə formalaşan orta bal göstəriciləri ( qəbul balı) də yer alıb.
Orta bal göstəricilərinə görə fərqlənən ali təhsil müəssisələrinin siyahısını təqdim edirik:
I ixtisas qrupu üzrə:
Bakı Ali Neft Məktəbi;
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.
II ixtisas qrupu üzrə:
ADA Universiteti;
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası.
III ixtisas qrupu üzrə:
Milli Aviasiya Akademiyası;
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
ADA Universiteti;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası;
Azərbaycan Dillər Universiteti.
IV ixtisas qrupu üzrə:
Azərbaycan Tibb Universiteti;
Naxçıvan Dövlət Universitetinin ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksəkdir.