ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Quba rayonuna səfər edib. Modern.az-ın məlumatına görə, səfir ölkəninb şimal bölgəsinə səfəri zamanı Quba məzarlığını ziyarət edib. Səfirə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımla bağlı məlumat verilib.
R.Morninqstar jurnalistlərə açıqlamasında 31 mart soyqırımı haqda danışaraq günahsız insanların qətlə yetirilməsinin qəbul edilməz olduğunu bildirib.
“Bu kimi hadisələr mənə bir daha Azərbaycan xalqına bu qədər ağrı-acı yaşatmış Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll olunmasının əhəmiyyətinin vacibliyini sübut edir”.
Modern.az