Modern.az

Dərslər sentyabrın 1-dən başlaya bilər? - Nazirdən CAVAB

Dərslər sentyabrın 1-dən başlaya bilər? - Nazirdən CAVAB

Təhsil

16 May 2023, 16:54

Tədris müddəti nə qədər uzun olarsa, uşaqların gələcəyi daha yaxşı olar.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

 

Nazir tədris müddətinin azaldılmasının mümkünlüyü barədə suala belə cavab verib: “İndi şagirdlər daha az dərsə gedir. Biz 10 il oxusaq da, bir çoxumuz şənbə günü dərsə getmişik. Məktəb günlərinin azaldılması uşaqlarımıza yaxşı nəsə vəd etmir. Tədris ili nə qədər uzun olarsa, uşaqların gələcəyi daha yaxşı olar. Mən bir təhsil işçisi kimi inanıram ki, təhsil müddəti uzun olsa, daha yaxşı olar. Təhsil müddətini qısaltmaq təhsildən gözləntiləri də qısaltmalıdır".

 

E.Əmrullayev qeyd edib ki, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı.

Whatsapp
Bizə yazın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!