Modern.az

Türkmənlər sevinir: sirk qayıtdı

Türkmənlər sevinir: sirk qayıtdı

23 Aprel 2010, 18:54

Türkmənistanda sirk bərpa olundu. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 1990-cı illərin ortalarından sirk üzünə həsrət qalmış türkmənlər, nəhayət, sirki görə bildilər. Türkmənistan prezidenti Qurbanqulu Berduxamedov Türkmənbaşı Saparmurat Niyazovun vaxtında qadağan olunmuş sirklərin fəaliyyətinə icazə verdi. İlk sirk konsertində prezident Berdımuxamedov özü də iştirak edib. Patayxtda keçirilmş sirk şousunda Rusiya, Ukrayna, Polşa, Qazaxıstan və Keniyadan olan sirk ustaları da iştirak edib. Beləliklə də sirk  Türkmənbaşının qadağan etdiyi opera-balet teatrı kimi türkmənlərin həyatına qayıtdı.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok