Modern.az

İrəvanda rus bayrağı qalmadı...

İrəvanda rus bayrağı qalmadı...

Güncel

12 Aprel 2016, 11:51

Telejurnalist

İrəvanda Rusiya bayrağı qəhətə çıxıb. Bayrağın qiyməti qalxsa da, camaat ələk-ələk gəzib bayraq axtarır. İş o yerə çatıb ki, bu günlər şimallı qonaq qabağına çıxarmağa Rusiya bayrağı tapa bilmirlər. Buna səbəb nədir?

Xatırlayırsınızsa, Qarabağda aprelin 2-dən 5-dək gedən döyüşlərdə erməni ordusu böyük itkilər verdi. Azərbaycanın da itkiləri olsa da, cəbhəboyu bəzi ərazilərimizin geri qaytarılması hamılıqla qələbə kimi qarşılandı. Demək olar ki, bütün aparıcı ölkələr Azərbaycanı dəstəklədi, bizim haqlı mübarizəmizi alqışladı. Təkçə Rusiya bir neçə gün nə mənfur ermənilərə həyan durdu, nə də Azərbaycana rəğbətini və ya narahatlığını bildirdi. Elə buna görə də Sarkisyan Rusiyadan küsdü. Bu küsmək erməniləri Rusiyadan üz döndərməyə yonəltdi. İrəvanın mərkəzində Rusiya bayraqları yandırıldı, ruslara lənət oxundu.

Elə ki, Putin məsələyə münasibət bildirdi, yaltaq ermənilərin üzü döndü, ruslara məhəbbəti yenidən ilhama gəldi.

Onu da deyək ki, ermənilərin bu cur bayraqyandırma əməliyyatları ilk dəfə deyildi. Vaxtilə bir rus əsgəri  Cümrüdə bir erməni ailəsini güllə-barana tutanda qatilin Ermənistana verilməsini tələb edənlərə Rusiyanın cavabı sərt olmuşdu: “Rus əsgərinin hərəkətinə Rusiya qanunvericiliyi ilə baxılacaq”.

Bayraqyandırma əməliyyatı başladı nə başladı!


Rusiya hökuməti də fikrini dəyişdi: qatili psixi xəstə adı ilə mühakimə etməyi lazım bilmədi. Qatil ermənilərin mühakiməsinə verildi...

Hətta bu yaxınlarda əsgər analarının etiraz aksiyalarında ələ keçən bütün rus bayraqları cırılıb ayaqlar altına atıldı, yandırıldı. Heç elə bil Rusiya ictimaiyyəti bundan xəbər tutmadı. Televiziyalar susdu, bu təhqiri nə Putin, nə Medvedev, nə də digər hökumət rəhbərləri gördülər. Ermənipərəst televiziyalar, mətbuat isə adını özbaşına politoloq qoymuş erməni ekspertlərinin (boşboğazlarının) çıxışlarını, Azərbaycanı ittiham edən qrupların azğın cəfəngiyatını yaymağa başladılar. İkicə gün susdular. Bizim qələbəmiz və Rusiya hökuməti başçılarının dinməzliyi onları çaşdırdı, nə edəcəklərini bilmədilər. İndi isə təzədən qızışıblar.

Xeyri yoxdur! “İt hürər, karvan keçər” məsəli yada düşür.  Ordumuzun belə uğurları çox olacaq. Onda da yandıra-yandıra gözdən salacaqlar Rusiya bayrağını...

Yaltaqlıq, ikiüzlülük məkrli ermənilərin qanında var. Heç həya etmədən bu gün bayraq yandırır, səhərisi gün sırtıq-sırtıq rusların üzünə gülümsəyirlər. Nə deyəsən?!

Təkcə bircə dəfə bir əlil erməninin obyektiv yazısına rast gəlmişəm. Fransada məskunlaşmış Qarabağ ermənisi Aşot Armenyan bu günlərdə saytlardan birində yazıb: “Mən evimi, ailəmi itirmişəm.  Bir ayağım kəsilib. Daha heç bir yaxşı gün-güzərana ümidim qalmayıb. Mənim kimi yüz minlərlə erməni soydaşım da boğaza yığılıb. Açığını deyim ki, bizə Qarabağ lazım deyil. “Böyük Ermənistan” xülyası ilə yaşayanların da cəhdi əbəsdir, boş şeydir. Ermənilər bunu başa düşsələr də Qarabağdan əl çəkmirlər. Nahaq! Gec-tez məğlub olacaqlar. Nə qədər ki, gec deyil, bəd niyyətlərindən əl çəkməlidirlər”.

 Bu məzmunda qeydləri bir erməni generalı da dilə gətirmişdi.

Minlərlə erməni isə yeni bir aksiyaya qoşulub: “Bizə Qarabağ lazım deyil!”.
Bu aksiyanın necə başa çatacağını deyə bilmərəm. Ancaq öyrətmək olmasın, “qırın bir-birinizi, sizə bu qalacaq”.

P.S. Aprelin 13-də Ermənistanda Moskva siyasətinə etiraz əlaməti olaraq Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Aksiyada polislə qarşıdurma müşayiət olunub. Ermənistan televiziyaları gecə 2-dək bu aksiyanı canlı yayımlayıb. Çox təəssüf ki, Rusiya televiziyaları bundan “xəbər tuta bilməyib”. Yenə də Rusiya bayraqları cırılıb, ayaq altına atılıb, yandırılıb. Qəribədir, Moskva niyə susur? Bu nə siyasətdir?..

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı