Modern.az

Xəzərdə batan 3 nəfər xilas edilib

Xəzərdə batan 3 nəfər xilas edilib

Güncel

25 İyun 2016, 22:21

Xəzərin Azərbaycan sektorunda batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı