Modern.az

Sabirabadda ağır qəza: 3 yaralı

Sabirabadda ağır qəza: 3 yaralı

Güncel

27 Sentyabr 2016, 22:59

Sabirabadda avtoqəza baş verib, bir ailənin 3 üzvü xəsarət alıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 1979-cu il təvəllüdlü Baxışov Aydın Mehrac oğlu idarə etdiyi "VAZ 21011" markalı avtomobili yolun kənarında dayanan traktora çırpıb. Qəza nəticəsində sürücü, onun həyat yoldaşı-1980-ci il təvəllüdlü Baxışova Şəfaqət Samir qızı və onların 5 yaşlı oğlu Baxışov Mehrac Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Sabirabad Ryon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı