Modern.az

ABŞ-da müstəqilliyimizə aid marka buraxılıb

ABŞ-da müstəqilliyimizə aid marka buraxılıb

Güncel

13 Oktyabr 2016, 09:20

 

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə, ABŞ-ın Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb.

 

ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan bayrağı əks etdirilib və Bakı şəhərinin müasir görünüşü fonunda “Azərbaycan: Müstəqilliyin 25 İlliyi (1991-2016)” sözləri qeyd edilib.

 

Markanın buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

 

Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

Məlumat Modern.az-a konsulluqdan verilib.

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı