Modern.az

Novruz bayramında əfv olacaq  - AÇIQLAMA

Novruz bayramında əfv olacaq  - AÇIQLAMA

Güncel

17 Fevral 2017, 11:30

“Ötən gün Əfv Komissiyanın iclası keçirilib. Komissiyaya  800-dən artıq müraciət daxil olub. Daxil olan müraciətlərin 150-nə baxılıb".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.

O bildirib ki, baxılan müraciətlərin yarısına müsbət rəy verilib:

"Bu gün də komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, Prezident İlham Əliyev Novruz Bayramı ərəfəsində əfv fərmanı imzalayacaq".

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı