Modern.az

Pentaqon açıqladı: 20 qırıcı məhv etdik

Pentaqon açıqladı: 20 qırıcı məhv etdik

Güncel

7 Aprel 2017, 23:13

ABŞ qırıcılarının Xüms şəhərində Şayrat avibazasına endirdiyi hava zərbələri nəticəsində 20-yə yaxın qırıcı məhv edilib. Modern.az Axar.az-a  istinadən xəbər verir ki, bu barədə Pentaqonun adı açıqlanmayan nümayəndəsi məlumat verib.

O, ölən və yaralananlarla bağlı informasiyaya malik olmadığını bildirib.

Nümayəndə Rusiya Müdafiə Nazirliyinin açıqlamasından fərqli olaraq, ABŞ-ın atdığı bütün raketlərin hədəfləri uğurla məhv etdiyini qeyd edib:

“Əməliyyatda iki gəmi iştirak edib: "Porter" və "Ross". Bu iki gəmi 59 raket atdı. Hər bir raketin hədəfi vurduğuna dair məlumatımız var. Bir neft sahəsini vurduğumuzu bilirik. Digər yerdə havadan müdafiə sistemini məhv etdik”.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı