Modern.az

Lənkəranda icra nümayəndəsi bıçaqlandı

Lənkəranda icra nümayəndəsi bıçaqlandı

Güncel

30 İyul 2017, 20:31

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, Günəhir ərazi icra nümayəndəsinin müavini, 1977-ci il təvəllüdlü Mirzəyev Famin Mirhüseyn oğlu bıçaqlanıb.

 

İlkin məlumata görə, onu vuran şəxs Sumqayıt şəhər sakinidir. O, Günəhir kəndindən qız alaraq evlənib. Hadisənin təfərrüatları açıqlanmasa da, hadisənin mübahisə zəminində baş verdiyi söylənilir.

 

Bıçaq xəsarəti alan F.Mirzəyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

 

Faktla bağlı 102 xidmətinə məlumat verilib. Fakt üzrə araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı