Modern.az

Bakı metrosunda sərnişinlərin təxliyəsi başa çatıb - YENİLƏNİB

Bakı metrosunda sərnişinlərin təxliyəsi başa çatıb - YENİLƏNİB

Güncel

3 İyul 2018, 20:53

 

20:53

Bakı metrosunda sərnişinlərin təxliyəsi başa çatıb.

 

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli məlumat verib.

 

O bildirib ki, hazırda tunellərin yoxlanması işləri həyata keçirilir. Bundan sonra qatarların hərəkət edib-etməməsi ilə bağlı göstəriş veriləcək.

***

Azərbaycanda enerji verilişi yenə dayanıb.

Modern.az xəbər verir ki, dünən gecə Mingəçevir İES-də baş verən partlayışın fəsadları hələ aradan qaldırılmayıb.

Bakı metrosunda da problem yaranıb. Hadisə yerində olan müxbirimiz məlumat verib ki, hazırda Bakı metrosunun fəaliyyəti dayandığı üçün minlərlə sərnişin qatarlarda qalıb. Metrostansiyaların girişi də bağlanıb.

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, metronun bütün stansiyaları girişə bağlanıb:

"Hazırda təxliyə ilə bağlı işlərə başlanıb. Təxliyə təlimat üzrə aparılır. Hazırda təmas relslərindən gərginliyin çıxarılması ilə bağlı əmr verilib. Bu addım elektrik enerjisinin yenidən veriləcəyi təqdirdə xoşagəlməz halların qarşısını almaq məqsədi ilə atılıb. Tədbirlər planına uyğun tədbirlər görülür".

O bildirib ki, metronun stansiyalarındakı və tuneldə qalan qatarlardakı sərnişinlərin mərhələli şəkildə çıxarılmasına başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı