Modern.az

Tacikistanda 4 əcnəbinin qətlini təşkil edənlərin adı AÇIQLANDI

Tacikistanda 4 əcnəbinin qətlini təşkil edənlərin adı AÇIQLANDI

Aktual

31 İyul 2018, 15:18

Tacikistanda velosiped sürənlərə qarşı həyata keçirilmiş terror hadisəsini İŞID təşkilatı törədib.

 

Modern.az xəbər verir ki, bu məlumatı AFP agentliyi İŞID terror qruplaşmasının internetdəki fəaliyyətini izləyən SİTE təşkilatına istinadən yayıb.

Tacikistan Daxili İşlər Nazirliyi isə hadisəni “Tacikistan İslam İntibah Partiyası” (TİİP) terror təşkilatı ilə əlaqələndirib.

 

Nazirliyin məlumatına görə hadisə Hüseyn Əbdussəmədov başda olmaqla qruplaşma tərəfindən törədilib.

“Cinayətkar qruplaşmanın rəhbəri saxlanılmış Hüseyn Əbdussəmədov 2014-2015-ci illərdə İranda ideoloji və hərbi təlim aldığını təsdiq edib.  Elə oradaca o, Kori-Nosir ləqəbli Nosirxuca Ubaydov ilə tanış olub və TİİP-ə qoşulub” – nazirlikdən bildirilib.

 

Qruplaşmanın hadisəni törətdikdən sonra sərhədi keçməyi planlaşdırdığı qeyd edilir.

Nazirlikdən hadisənin Nosirxuca Ubaydov tərəfindən sifariş edildiyi bildirilir.

Onun TİİP-ə 1992-ci ildən rəhbərlik etdiyi və 2015-ci ildə beynəlxalq axtarışa verildiyi vurğulanıb.

 

Qeyd edək ki, bazar günü yerli vaxtla 15:30-da (Bakı vaxtı ilə saat 14:30) radələrində 7 nəfərdən ibarət velosiped sürən xarici tusistlərə maşınla hücum edilib. Terrorçular maşını onların üzərinə sürdükdən sonra düşərək bıçaqla xəsarətlər yetiriblər. Hadisə nəticəsində 4 nəfər ölüb qalanları isə yüngül xəsarətlər alıblar. Ölənlərdən 2-si ABŞ vətəvdaşıdır. Ölkənin DİN bazar ertəsi hadisəni törətmiş şəxslərin hamısının məhv edildiyini bildirib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı