Modern.az

Hərbi liseylərə imtahanların nəticələri elan edildi  

Hərbi liseylərə imtahanların nəticələri elan edildi    

Aktual

1 Avqust 2018, 14:58

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanlarının nəticələri elan edilib

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanının nəticələrini elan edib

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 898 abituriyentdən 31 nəfər imtahanda iştirak etməyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı