Modern.az

Flora Xəlilzadənin 65 illiyi qeyd olundu

Flora Xəlilzadənin 65 illiyi qeyd olundu

Aktual

4 Oktyabr 2018, 16:23

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar jurnalist Flora Xəlilzadənin 65 illiyinə həsr olunmuş mərasim keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, professor Cahangir Məmmədli, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, politoloq, jurnalist Elçin Mirzəbəyli, Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı və digər media və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Tədbirdə çıxış edən Əflatun Amaşov Flora Xəlilzadənin böyük ziyalı, jurnalist və dəyərli şairə olduğunu, 22 kitabının işıq üzü gördüyünü xatırladıb.

Cahangir Məmmədli Flora xanımın tələbəlik illərindən dərin ədəbi biliklərə, istedada malik olduğunu deyib: “Onun bütün kitablarına, yazılarına bələdəm. O, ziyalıların həyatını tam araşdırmadan efirə çıxmır. İşinə çox məsuliyyətli, peşəkar şəkildə yanaşır. Onun ailəsini də çox gözəl tanıyıram, ziyalı ailədir”. 

 

Mədəniyyət Nazirliyinin nümayəndəsi nazir Əbülfəs Qarayevin təbrik məktubunu səsləndirərək, Flora xanıma yaradıcılığında uğurlar arzulayıb.

Daha sonra Flora Xəlilzadə çıxış edib: “Məni dünyanı gətirən anamın ruhuna, orta məktəb müəllimlərimə, universitet müəllimlərinin ruhuna dualar oxuyuram. Mən Qərbi Azərbaycan doğulmuşam, ermənilərin hansı dəhşətləri törətdiyini görmüşəm. Anamı ermənilər qətlə yetirdilər. O vaxtdan ad günü keçirməyi sevməmişəm. Bu gün buraya dəyərli insanların gəlib. Bu, sevgidir. Bu sevgini qazanmaq gözəldir, hər biriniz var olun”.

Qeyd edək ki, MŞ sədri Əflatun Amaşov Flora Xəlilzadəni diplomla təltif edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı