İspaniyada 2019-cu ilin ilk "El-Klassiko"su keçirilib.
Modern.az xəbər verir ki, əzəli rəqiblər - "Barselona" və "Real" klubları bu dəfə Kral kuboku uğrunda üz-üzə gəlib.
Komandaların yarımfinal mərhələsindəki ilk görüşü "Nou-Kamp"da baş tutub. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
"Barselona" - "Real" - 1:1
Qollar: Lukas Vaskes, 6 (0:1), Malkom, 57 (1:1)
Qeyd edək ki, komandalar arasnda cavab matçı fevralın 27-də keçiriləcək.