Modern.az

Rəsmi Bakı Polşa vətəndaşının adını “qara siyahı”dan çıxarıb

Rəsmi Bakı Polşa vətəndaşının adını “qara siyahı”dan çıxarıb

Güncel

27 Fevral 2019, 13:00

Polşa Respublikasının vətəndaşı Karol Malolepşı Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. 

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazilriyindən məlumat verilib.

Bildirilbi ki, məktubunda o, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini qeyd edib.

Səfərinə görə üzr istəyən Karol Malolepşı gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. 

 K.Malolepşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı