Modern.az

Ana iki uşağı ilə itkin düşüb - FOTO

Ana iki uşağı ilə itkin düşüb - FOTO

Aktual

26 Avqust 2019, 15:17

Qazaxda  itkin düşən ana və övladları yaxınları tərəfindən axtarılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Qazax rayon  sakini, 1991-ci  il təvəllüdlü Nərgiz Qasımova azyaşlı uşaqları,  2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımova ilə birlikdə  avqustun 4-ü Qazax rayon Ağköynək kəndindəki yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

G.Qasımovanın əlamətləri belədir: boyu 157 sm, arıq bədən quruluşlu, gödək qara saçlara malik, gözlərinin rəngi şabalıdı.


Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 392-02-21, (055) 335-29-55  mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı