Türkiyə hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində Gürcüstanın Müdafiə Nazirliyinə 100 milyon türk lirəsi (təxminən 17 milyon dollar) qrant ayırıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə naziri İrakli Qaribaşvili ilə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar arasında aparılan danışıqlardan sonra Ankarada Gürcüstan və Türkiyə hökumətləri arasında maliyyə ayrılması nəzərdə tutulan hərbi əməkdaşlıq haqqında saziş imzalanıb.
Qaribaşvili həmkarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edib, eyni zamanda Gürcüstanın NATO-ya inteqrasiya prosesində Türkiyənin rolunu vurğulayıb.