Gəncədə 2 qadın dəm qazından zəhərlənib.
Modern.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü Əliyeva Gülnarə Novruz qızı və Əliyeva Gülmira Noruz qızı dəm qazından zəhərləniblər. Xəstəxanaya yerləşdirilən qadınlara lazimi tibbi yardım göstərilib.
Vəziyyətlərinin kafi olduğu bildilir.
Goranboy rayonunda da zəhərlənmə hadisəsi baş verib.
Hadisə Tapqaraqoyunlu kəndində qeydə alınıb.
1960-cı il təvəllüdlü kənd sakini Faiq Əzizov dəm qazından zəhərlənib. Zəhərlənən şəxs xəstəxanaya yerləşdirilib (apa).