Modern.az

Qazaxıstan Azərbaycana aviareysləri dayandırır 

Qazaxıstan Azərbaycana aviareysləri dayandırır 

Aktual

2 Mart 2020, 09:44

Martın 5-dən Nur-Sultan-Bakı aviareysləri dayandırılır. 

 

Modern.az Qazaxıstan mətbuatına istinadən məlumat verir ki, Almatı-Bakı aviareyslərinin sayı beşdən birə, Aktau-Bakı aviareyslərinin sayı isə yeddidən birə endiriləcək.

 

Bunu Qazaxıstanın Sənaye və infrastrukturun inkişafı üzrə nazir müavini Berik Kamaliyev açıqlayıb.

 

“Bu uçuşların dayandırılması ilə əlaqədar martın 1-dən sərnişinlər cəriməsiz aldıqları biletləri qaytara bilərlər”, - deyə o bildirib. 

 

Qeyd edilib ki, bu günlərdə Azərbaycanda koronavirus epidemiyasına üç yoluxma faktı qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı