Modern.az

Avropa İttifaqından Kəlbəcərdəki hadisə barədə çağırış

Avropa İttifaqından Kəlbəcərdəki hadisə barədə çağırış

Aktual

5 İyun 2021, 00:44

Avropa İttifaqının  (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano Kəlbəcərdə mina partlayışı nəticəsində mülki vətəndaşların həlak olması ilə bağlı paylaşım edib.

 

Modern.az-ın məlumatına görə, Aİ rəsmisi bildirib ki, mina partlayışları nəticəsində mülki itkilərin qarşısı alınmalıdır:

 

“Ərazilərin minalardan təmizlənməsi üçün zəruri olan bütün məlumatların mübadiləsi həyata keçirilməlidir”.

 

O, Azərbaycan və Ermənistanı humanitar məsələləri həll etməyə çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı