Modern.az

Deputatdan Xankəndidəki əsgərimizlə şəkil çəkdirən rus generala ETİRAZ

Deputatdan Xankəndidəki əsgərimizlə şəkil çəkdirən rus generala ETİRAZ

Aktual

3 Sentyabr 2021, 15:05

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradov Ağdərədə erməni separatçılarına əsir düşən azərbaycanlı hərbçi Cəmil Babayevlə görüşüb.

Rüstəm Muradov Qarabağda məskunlaşan qanunsuz silahlı birləşmələrin əsir saxladığı Azərbaycan əsgəni azad etmək əvəzinə, onunla şəkil çəkdirərək Rusiya mətbuatında yayıb.

Güneral Muradov özünü lap Qırmızı Xaç Komitəsinin əməkdaşı kimi aparıb. Bununla da o, Xankəndindəki terrorçu-separatçı rejimi tərəf kimi təqdim etməyə cəhd göstərib.

Modern.az-ın məlumatına görə, məsələyə münasibət bildirən Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai generalın bu addımına etiraz edib.

“Qarabağda sülhməramlıların nəzarətində olan əraziyə keçən azərbaycanlı əsgər Cəmil Babayevin saxlanılmasından 9 gün keçir. Cəmil müalicə aldığı Gəncə şəhərində yerləşən hospitalı özbaşına tərk edib. Saxlanılan zaman o silahsız olub. Sülhməramlıların vəzifəsi onun tezliklə Azərbaycan rəsmilərinə təhlükəsiz şəkildə qaytarılmasını təmin etməkdir. Cəmilin məsuliyyətə cəlb olunub-olunmaması isə Azərbaycan hüquq sisteminin işidir”.


Xatırladaq ki, Cəmil Babayev avqustun 25-də Ağdərə istiqamətində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə ermənilər tərəfindən əsir götürülüb.

Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə "cinayət işi” açıblar.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.




A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı