Modern.az

Azərbaycanın bayraqdarı çempion oldu

Azərbaycanın bayraqdarı çempion oldu

مورد توجه

3 Sentyabr 2021, 18:54

Daha bir güləşçimiz Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov qızıl medal uğrunda qazaxıstanlı Qoşqar Məhəmməd ilə qarşılaşıb.

 

Rəqibinə 7:5 hesabı ilə qalib gələn güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. H.Cəfərov MDB Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı olub.

 

67 kq

 

A qrupu

 

1-ci görüş: Həsrət Cəfərov - İlyas Yandarov (Rusiya) 2:1

 

2-ci görüş: Həsrət Cəfərov - Madiyar Maulitkanov (Qazaxıstan) 9:0

 

Yarımfinal: Həsrət Cəfərov - Doniyerxon Nakibov (Özbəkistan) 10:1

 

Final: Həsrət Cəfərov - Qoşqar Məhəmməd (Qazaxıstan) 7:5

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı