Modern.az

Təzəpir məscidində kişi-qadın qarşıdurması...

Təzəpir məscidində kişi-qadın qarşıdurması...

Güncel

25 Noyabr 2012, 18:52


Noyabrın 25-də paytaxtımızın əksər məscidlərində olduğu kimi, Təzəpir məscidində də Peyğəmbərimizin (s) nəvəsi İmam Hüseyn (ə.s.) və tərəfdarlarının Yezid (lən.) əsgərləri tərəfindən qətlə yetirilməsinin növbəti ildönümü ilə bağlı hüzn mərasimi ilə yanaşı qanvermə aksiyası da keçirilib. Saat 9-10 radələrindən başlayaraq günorta saatlarına qədər davam edən əzadarlıq normal şəkildə başa çatıb. Lakin qan verməyə gələn vətəndaşlar növbəyə duran zaman müəyyən problemlər yaşanıb.

Qanvermədə iştirak edən müxbirimizin bildirdiyinə görə, narazılıqlar əsasən iki səbəbdən yaranıb. Məscidin işçiləri, polislər və həkimlər öz tanış və qohumlarının arxa qapıdan girişinə imkan verdiyindən saat 9-dan bayırda növbəyə duranlar saatlarla gözləməli olublar. Ancaq vətəndaşları daha çox narahat edən məscid binasında kişi və qadınların eyni qapıdan buraxılaraq eyni otaqda qan vermələri olub...

Məhz bu səbəbdən saat 12-13 radələrində içəri tez buraxılmalarını tələb edən qadınlarla kişilər arasında mübahisələr yaranıb. Vətəndaşları sakitləşdirmək və növbədə qayda yaratmaq üçün məsələyə polislər də müdaxilə etməli olublar.

Əzadarlar bütün bu problemlərə  görə qanvermə aksiyasını təşkil edən və iqamətgahı elə həmin məsciddə yerləşən Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyini qınayıblar. Çünki müsəlman qaydalarına əsasən kişi və qadınların birlikdə namaz qılması və  kütləvi şəkildə eyni qapıdan bir məkana daxıl olub hər hansı bir tədbir keçirməsi düzgün deyil.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı