Modern.az

Latviyanın müstəqillik günü Bakıda - FOTOLAR

Latviyanın müstəqillik günü Bakıda - FOTOLAR

Güncel

28 Noyabr 2012, 23:43

Noyabrın 27-dən 30-a qədər Azərbaycanda rəsmi səfərdə olan Latviyanın baş naziri Valdis Dombrovskis proqrama uyğun olaraq ölkə rəsmiləri ilə görüşlərdən sonra bu gün Kempinski hoteldə Latviyanın müstəqillik günü ilə bağlı tədbirdə iştirak edib. Modern.az – ın verdiyi məlumata görə, “Latviyanı duyun” devizi altında təşkil olunmuş gecədə baş nazir Valdis Dombrovskislə yanaşı Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardis Baumanisi, Azərbaycan rəsmilərindən isə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və bir neçə dövlət qulluqçusu iştirak edib. Gecənin  aparıcısı tanınmış teleaparıcı Emin Musəvi olub.

Azərbaycan Fotoqraflar birliyinin üzvü Aydın Mehdiyevin  Azərbaycan və Latviya təbiətini və tarixini əks etdirən fotosərgisinə baxışdan sonra tədbirin rəsmi hisəsi başlayıb. Hər iki ölkənin dövlət himni səslənəndən sonra çıxış edən rəsmilər ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıqdan söz açıblar. Baş nazirin müavini Əli Həsənov bu gün Azərbaycanın iqtisadi, siyasi maraqlarından bəhs edərək, neft potensiyalının insan potensialı ilə əvəzlənməsini prioritet məsələ olduğunu qonaqların diqətinə çatdırıb. Valdis Dombrovskis də iki ölkə arasındakı tarixi yaxınlığı, əməkdaşlığı əsas tutaraq qarşılıqlı investisiya əsasında iqtisadi bağların möhkəmlənməsi üçün bu günə və gələcəyə hesablanmış proqramların qəbul edildiyini vurğulayıb.

Rəsmilərin çıxışından sonra tədbir Latviyanın Avrovizion 2012 təmsilçisi Anmarinin ifasında Azərbaycan mahnıları ilə davam edib. Modern.az tədbirdən fotoları təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 Elçin AĞAYEV  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı