Modern.az

Keçmiş məhkum yenə qandallandı

Keçmiş məhkum yenə qandallandı

Актуально

9 Yanvar 2022, 12:01

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

 

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun 866 saylı qəsəbə sakini, əvvəllər məhkum edilmiş Elçin Əliyev saxlanılıb.

 

 

E.Əliyevin yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədi ilə qablaşdırdığı marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı