Modern.az

Bakıda nişanlısının qollarını sındıran şəxs AXTARILIR

Bakıda nişanlısının qollarını sındıran şəxs AXTARILIR

Aktual

21 Yanvar 2022, 11:29

Bakıda nişanlısı tərəfindən döyülən 27 yaşlı gənc qızın hər iki qolu sınıb.

 

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Trend-ə bildirib ki, nişanlısını döyərək qollarını sındıran şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı