Modern.az

İsmayıllıda ov edən şəxs SAXLANILDI

İsmayıllıda ov edən şəxs SAXLANILDI

Aktual

22 Yanvar 2022, 08:50

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin rayonun Göytəpə kənd sakini Namiz Mirzəliyev olduğu müəyyən edilib. Ondan bir ədəd “TOZ” markalı ov tüfəngi, həmin silaha məxsus patronlar və ovladığı 5 ədəd çöl quşu aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı