Modern.az

Məmmədyarov liderliyini davam etdirir

Məmmədyarov liderliyini davam etdirir

Aktual

22 Yanvar 2022, 21:21

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin yeddinci turunun oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda macarıstanlı Riçard Rapportla heç-heçə edib.

 

Qeyd edək ki, yeddi turdan sonra Ş.Məmmədyarov 4,5 xalla liderdir. Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ikinci pilləni tutur.

 

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı