Modern.az

İran qazı kəsdi: İraqda böhran...

İran qazı kəsdi: İraqda böhran...

Aktual

23 Yanvar 2022, 16:10

İran yığılmış borclara görə İraqa qaz nəqlini dayandırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən iki gündür İraqda mütəmadi olaraq elektrik enerjisinin verilişi dayandırılır.

 

İraq Elektrik Nazirliyi məsələ barədə açıqlama verib.

 

Bildirilib ki, İrandan idxal edilən gündəlik qaz həcmi 50 milyon kubmetrdən 8,5 milyon kubmetrə düşüb. Bundan başqa, daxili istehsal 50 faiz azalıb.

 

Qeyd edilib ki, paytaxt Bağdadla yanaşı, Kərkük, Diyala, Nəcəf, Kərbəla, Kadisiyə, Musənna və Banil kimi vilayətlərdə iki gündür elektrik enerjisinin verilişində uzunmüddətli fasilələr yaranır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı