Modern.az

Daha bir narkotik ƏMƏLİYYATI

Daha bir narkotik ƏMƏLİYYATI

Aktual

23 Fevral 2022, 17:22

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində və qanunsuz olaraq odlu silah əldə edərək saxlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də məhkumluq həyatı yaşamış Oqtay Zərbəliyev Beyləqan rayonu ərazisində saxlanılıb.

 

Onun üzərinə baxış keçirilən zaman əlindəki torbanın içərisində 4 polietilen bükümdə qablaşdırılmış, ümümui çəkisi 4 kiloqram 450 qram narkotik vasitə olan heroin və  1 ədəd atəşə yararlı “Kalaşnikov” markalı avtomat silahı aşkar edilərək götürülüb. 
 
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə O.Zərbəliyev barəsində həbs qətimkan tədbiri seçilib.   

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı