Modern.az

Rusiya Ukrayna ilə bağlı qətnaməyə veto qoydu

Rusiya Ukrayna ilə bağlı qətnaməyə veto qoydu

Güncel

26 Fevral 2022, 09:45

Rusiya BMT Təhlükəsizlik Şurasındakı veto hüququndan istifadə edərək, bir sıra Qərb dövləti tərəfindən Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləyən qətnaməyə mane olub.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-ın hadisə yerində olan müxbiri məlumat verib.

 

Qətnamə layihəsini 11 ölkə dəstəkləyib, Çin, Hindistan və BƏƏ bitərəf qalıb. Qətnamə Rusiyanı BMT nizamnaməsini pozduğuna görə qınamaq, Rusiyadan Ukraynaya qarşı güc tətbiqini dayandırmaq və qoşunlarını geri çəkməyi tələb etmək məqsədi daşıyıb.

 

Sənəddə, həmçinin Rusiyanın "Donetsk və Luqansk xalq respublikalarının" müstəqil kimi tanınması pislənəcək və Rusiyadan bu qərarı ləğv etməsi tələb olunacaq.


Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı