Modern.az

Rusiya Ukraynaya fosfor bombası atıb - İDDİA

Rusiya Ukraynaya fosfor bombası atıb - İDDİA

Aktual

13 Mart 2022, 10:30

Luqansk vilayətinin Popasna şəhərində Rusiya ordusu fosforlu sursatlardan istifadə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Patrul Polisi Departamenti rəisinin birinci müavini Aleksiy Biloşitski bildirib.

 

Onun sözlərinə görə, fosforlu sursatlar qadağan edilib, onlar dağıdıcı və yandırıcı nəticələrə gətirib çıxarır.

 

“Bunu nasistlər “Brennende Zwiebel” adlandırırdılar. Bunu indi işğalçılar şəhərlərimizə buraxırlar. İnanılmaz əzablar və yanğınlar var”, - Beloşitski deyib.

 

Qeyd edək ki, daha əvvəl Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Serhiy Qaydai Lisiçansk, Severodonetsk və Rubijne şəhərlərinin ətrafında döyüşlərin getdiyini, Popasna və Qorskayanın isə davamlı olaraq atəşə tutulduğunu bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı