Modern.az

Bir gündə 3 piyada ÖLÜMÜ

Bir gündə 3 piyada ÖLÜMÜ

Güncel

16 May 2022, 11:28

Mayın 15-də saat 14 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Şabran rayon sakini K.İsgəndərov idarə etdiyi “BYD” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azad Əzizovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, günün ikinci analoji hadisəsi saat 21 radələrində Gəncə şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, şəhər sakini C.Hüseynov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi İlyas Vəliyevi vurmuş və nəticədə piyada hadisə yerində ölüb.


Həmin gün saat 23 radələrində baş verən hadisə isə Sabirabad şəhəri ərazisində olub. Saatlı şəhər sakini A.Atabəyli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Aidə Hüseynovanı vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

 

Hər 3 faktla bağlı rayon polis şöbələrində araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı