Modern.az

Azərbaycanda məhsullar izləniləcək

Azərbaycanda məhsullar izləniləcək

Aktual

24 İyun 2022, 18:53

Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların, o cümlədən qida məhsulları ilə təmasda olan material və məmulatların və məhsulların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı hazırlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqinə dair fərmanda qeyd olunub.

 

Fərmana əsasən, Nazirlər Kabineti beş ay müddətində qida təhlükəsizliyi nəzarətinə aid edilən malların, o cümlədən qida məhsulları ilə təmasda olan material və məmulatların və məhsulların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

 

Eyni zamanda Nazirlər Kabinetinə məhsulların izlənilməsi qaydasını beş ay müddətində təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı