Bu gün ərzaqla dolu 12 quru yük gəmisi Ukrayna limanlarını tərk edərək taxıl dəhlizi ilə yola düşüb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.
Bildirilib ki, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı Birgə Koordinasiya Mərkəzinin nəzarəti altında humanitar dəhliz boyu həyata keçirilir. Bosfor boğazına daxil olmazdan əvvəl gəmilər yoxlanılır. Oxşar tədbirlər Ukraynaya gedən boş yük daşıyıcılarına da tətbiq edilir.
Qeyd edək ki, taxıl dəhlizi üzrə razılaşmanın icrasına başlanılandan (avqustun 1-dən) indiyədək Ukraynadan 2 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edilib.