Modern.az

Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib

Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib

Güncel

10 Oktyabr 2022, 23:54

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə ekspertləri birgə yazılı bəyanat yayıblar.

 

Rəsmi məlumatda Ukrayna əhalisinin üçdə birinin müharibənin başlamasından sonra ölkəni tərk etdiyi vurğulanıb, həmçinin çoxlu sayda qadın, uşaq, qoca və əlilin müdafiəsiz vəziyyətdə olduğu qeyd edilib.

 

"Qaçqınların və onların ailələrinin müdafiəsi beynəlxalq hüququn tələbidir, uşaqların müdafiəsinə xüsusi diqqət yetirilməlidir", - BMT-dən bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı