Modern.az

Gənc oğlan Arazda çimərkən boğularaq öldü

Gənc oğlan Arazda çimərkən boğularaq öldü

Olay

18 İyun 2024, 18:00

Saatlı rayon sakini Araz çayında çimərkən boğularaq ölüb.

 

Modern.az xəbər verir ki, hadisə ötən gün Araz çayının Saatlı rayonu, Seyidlər kəndi ərazisindən keçən hissəsində baş verib. Həmin kəndin sakini 19 yaşlı Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən batıb. Axtarışlar zamanı onun cəsədi batdığı yerin yaxınlığında aşkar edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı