Modern.az

43782 abituriyentin ərizəsi təsdiqlənib

43782 abituriyentin ərizəsi təsdiqlənib

Ölkə

13 May 2011, 10:50

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 20-dən başlayaraq 2011-2011-ci tədris ili üçün respublikanın ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunu davam etdirir. Modern.az saytı xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadənin verdiyi məlumata görə, bu günədək bütün ixtisas qrupları üzrə ümumilikdə 43782 abituriyent öz ərizəsini təsdiq etdirib.

I ixtisas qrupu üzrə 12836 (Azərbaycan bölməsi üzrə 10450, rus bölməsi üzrə 2386), II ixtisas qrupu üzrə 11255 (Azərbaycan bölməsi üzrə 8608, rus bölməsi üzrə 2647), III ixtisas qrupu üzrə 13325 (Azərbaycan bölməsi üzrə 1718, rus bölməsi üzrə 2607), IV ixtisas qrupu üzrə 6366 (Azərbaycan bölməsi üzrə 5267, rus bölməsi 1099) abituriyentin ərizzəsi təsdiqlənib.

Ərizə qəbulu mayın 31-də başa çatacaq.

Ali məktəblərə qəbul imtahanları III ixtisas qrupu üzrə 3 iyul tarixində Bakı, Naxçıvan, Gəncə, Sumqayıt  şəhərlərində keçiriləcək. I qrup üzrə qəbul imtahanları 10 iyulda Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, IV ixtisas qrupu üzrə 16 iyulda Bakı, Naxçıvan, Gəncə, Lənkəranda, II ixtisas qrupu üzrə isə 22 iyulda Bakı, Naxçıvan, Gəncə, Şəki şəhərlərində keçiriləcək.
Rus bölməsinin abituriyentləri Azərbaycan dilindən birinci imtahanı 22 mayda, ikinci imtahanı 26 iyun tarixində verəcəklər.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı