Modern.az

Cümşüd Nuriyev nala-mıxa vuran “politoloq” adlandırıldı

Cümşüd Nuriyev nala-mıxa vuran “politoloq” adlandırıldı

Ülke

14 Sentyabr 2011, 09:32

Mətbuatın politoloq kimi təqdim edərək hər şeyə münasibət öyrəndəyi və hər dəfə də ağzını açanda qalmaqal salan Cümşüd Nuriyev indi də gəncləri qəzəbləndirib. Buna səbəb onun Milli Ordunin baş leytenantı Ramil Səfərov barəsində kəskin fikirlər səsləndirməsi olub.

Cümşüd Nuriyev “Bizim yol” qəzetinin dünənki sayına müsahibəsində Ramil Səfərovu Azərbaycan bayrağını təhqir edən Qurgen Markaryanı öldürdüyünə görə əməlli-başlı ittiham edib, qınayıb. 

“Hamımıza məlum addımı atmamalı idi. Azərbaycan dövləti ona kifayət qədər pul xərclədi, amma... Valideyinlərinə hörmətim var, lakin deməliyəm ki, mən Ramil Səfərovun addımını qəbul eləmirəm...”-deyə C.Nuriyev qeyd edib.

O, müsahibədə Mübariz İbrahimovla Ramil Səfərovu üz-üzə qoymağa çalışıb: “Hər ikisi erməni öldürsə də, ikincinin yolu yanlışdır...
...İbrahimovun göstərdiyi şücaət, igidlik, qəhrəmanlıqdır. Səfərovun etdiyi isə “qəhrəmanlıq”dır. ...O, bu cür yanlış addım atmamalı idi. Onu erməni söyən zaman vursaydı, bu, gözəl bir yanaşma olardı. Və İbrahimovla müqayisə oluna bilərdi. Amma o, millətimizə xas olmayan hərəkət etdi. Çox bacarıqlı gənc idi, təəssüflər olsun ki, hisslərinin qurbanına çevrildi. Bu hiss onu kor elədi və korluq nə ona, nə də xalqa baş ucalığı gətirdi...”.

Cümşüd Nuriyev iddia edib ki, guya Ramil Səfərov erməni dığasını yatdığı yerdə öldürüb. Bununla da o, erməni tərəfinin R.Səfərov barəsində yaydığı yalan informasiyaları əsas götürüb. Halbuki, R.Səfərovun Q.Markaryanı yatdığı yerdə öldürmədiyini onunla birgə kursda iştirak edən zabitlər də təsdiqləyiblər.
Bu açıqlamasıyla da C.Nuriyev “Facebook” sosal şəbəkəsinin fəal gənclərinin qəzəbinə tuş gəlib. Qəzəbli gənclər onu erməninin dəyirmanına su tökən ziya(n)lı, nala-mıxa vuran “siyasətçi” adlandırıblar.

”Yəqin Ramilin yerində bu adam olsaydı, Qurqen Markaryanın ayağından öpərdi... Bayrağına, millətinin namusuna və qeyrətinə söz atıldığına görə düşmənini məhv edən qəhrəmanı səhv hərəkətdə qınayanlar ancaq Cümşüd Nuriyev kimi manqurtlar ola bilər. Hər şeyə - siyasi, iqtisadi, sosial,  mədəniyyət, idman, kriminal promlemlərə və hətta intim mövzulara belə,  həvəslə “münasibət” bildirən, hər dəfə də “xoruz buraxan” belə “politoloq”dan başqa mövqe də gözlənilməzdi”-deyə “Facebook”-da C.Neriyevə cavab yazan qəzəbli gənclər mətbuat üçün C.Nuriyevə cavab hazırladıqlarını qeyd ediblər.

Adəm Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı