Modern.az

Prezident yol açılışında iştirak etdi

Prezident yol açılışında iştirak etdi

Təhsil

28 Avqust 2014, 14:16


Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.
Dövlət aşçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, ikinci texniki dərəcəli yolun uzunluğu 72 kilometr, eni isə 15 metrdir.   Tikintinin gedişində layihə üzrə yol üzərində 8 yeni körpü tikilib, 109-u yolda, 63-ü yanaşma yollarda olmaqla 172 suötürücü boru qoyulub və digər infrastruktur işləri görülüb. Bütün bunlar ətraf kəndlər də daxil olmaqla bu istiqamətdə yerləşən rayonların əhalisinin daha rahat və təhlükəsiz hərəkətinə geniş imkanlar açıb.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna da səfərə gəlib. Dövlət başçısı Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidə ətrafında aparılan abadlıq və tikinti işləri barədə məlumat verdi. Bildirildi ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Parkında rayon sakinləri, eləcə də qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı